Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günündən maraqlı anlar (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günü davam edir.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların ikinci günündə fərdi hərəkətlərdə kişilər (15-17 yaş) və qadınlar (12-14 yaş), qruplar (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edəcək və aerodans üzrə təsnifat mərhələsi keçirilir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Trend yarışların ikinci günündən maraqlı anları təqdim edir:

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: