Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında üçlüklər arasında finallçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə üçlüklər (15-17 yaş) arasında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, rumıniyalı (19.650 xal), türkiyəli (19.250 xal), italiyalı (19.250 xal), portuqaliyalı (18.900 xal), rusiyalı (19.350 və 19.250 xal) və ukraynalı (19.200 və 19.200 xal) üçlüklər finalçı olub.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.


Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: