Aerobika gimnastikası üzrə dünya çempionatının birinci günündən maraqlı anlar (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının birinci günü keçirilib.

AzerTimes-ın məlumatına görə, yarışın ilk günündə üçlüklər arasında, qadınlar arasında fərdi proqramda və aerostep üzrə finalçılar müəyyənləşib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 171 idmançı çıxış edəcək.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədob və Mədinə Mustafayeva təmsil edəcək.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: