Aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər və qadınlar arasında qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər və fərdi proqramda arasında qaliblərin mükafatandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, üçlüklər arasında Bolqarıstan qızıl, Macarıstan gümüş, Rumıniya isə bürünc medala sahib olub.

Qadınları arasında Ayşe Onbaşı (Türkiyə) qızıl, Darina Paşova (Bolqarıstan) gümüş, Darya Tixonova (Rusiya) isə bürünc medalla mükafatlandırılıb.


Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

Teqlər: