Aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər arasında finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər arasında finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Bolqarıstan (22.527 xal), Macarıstan (22.316 xal), Türkiyə (21.377 xal), Ukrayna (21.272 xal), Rumıniya (22.277 xal və 21.783 xal) və Rusiyadan (21.694 xal və 21.400 xal) olan üçlüklər çıxıb.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 171 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: