Aerobika gimnastikası üzrə dünya çempionatında qadınlar arasında finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında fərdi proqramda qadınlar arasında finalçılar məlum olub.

AzerTimes-ın məlumatına görə, finala Ayşe Onbaşı (Türkiyə, 21.800 xal), Teodora Kuku (Rumıniya, 21.600 xal), Darina Paşova (21.100 xal), Anna Bullo (İtaliya, 21.100 xal), Belen Gilyemot (İspaniya, 20.950 xal), Sara Kutini (İtaliya, 20.600 xal), Darya Tixonova (Rusiya, 21.600 xal) və Tatyana Konakova (Rusiya, 21.400 xal) çıxıb.

Azərbaycan gimnastı Nurcan Cabbarova 17.600 xalla 32-ci yeri tutub.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 171 idmançı çıxış edir.


3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: