Aerobika gimnastikası üzrə dünya çempionatında aerostep proqramında finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatının birinci günündə aerostep proqramında finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Rusiya (17.700 xal), İtaliya (17.200 xal), Türkiyə (21.377 xal) və Ukrayna (16.850 xal) komandaları çıxıb.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 171 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: