Aerobika gimnastikası üzrə Bakı birinciliyində uşaqlar yaş qrupu üzrə qaliblər mükafatlandırılıb (FOTO)

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı
Bakı birinciliyinin uşaqlar (2011-2013-ci il) yaş qrupunda
qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu yaş qrupunda Ayan
Ağayeva birinci, Məryəm Əliyeva ikinci, Qəmər Ağaqulu üçüncü yeri
tutub.

Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində
aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı
birinciliyi keçirilir. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK,
“Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il),
uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və
gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə
yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər)
və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə
aparır. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi,
qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: