AEBA Ukraynanın nüvə obyektlərinə təhlükənin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynadakı
vəziyyəti ciddi narahatlıqla izlədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə Agentliyin saytında
yerləşdirilmiş məlumatda deyilir.

Agentlik Ukraynanın nüvə obyektlərinə təhlükə yarada biləcək hər
hansı hərəkətdən yayınmaq üçün maksimum təmkinli olmağa
çağırıb.


Qurumun Baş direktoru Mariano Qrossi vurğulayıb ki, 2009-cu ildə
MAQATE-nin Baş Konfransı – təşkilatın bütün üzv dövlətlərinin illik
toplantısında dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə
obyektlərinə qarşı hər hansı silahlı hücum və ya təhlükənin BMT
Nizamnaməsinin, beynəlxalq hüququn və Agentliyin Nizamnaməsinin
prinsiplərinin pozuntusu olduğunu təsbit edən qərar qəbul
edilmişdir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Çernobıl AES-ə nəzarəti
itirdiyini açıqlamışdır.