ADU və Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalandı

ADU və Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalandı

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

ADU-dan AzerTimes-a verilən məlumata görə, daha sonra ADU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Təhsil Kompleksinin direktoru Aqşin Bağırov tərəfindən imzalanıb.

Sənəddə ali və orta təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi naminə təhsil və təlim-tədris sahələrində təcrübə mübadiləsinin aparılması, müəllimlərin peşəkar inkişafına dəstəyin verilməsi, universitetin tələbələrinin adıçəkilən Təhsil Kompleksində pedaqoji təcrübəyə cəlb edilməsi, xarici dillərin tədrisinə metodik dəstəyin verilməsi, elm və təhsil sahəsində yerli və beynəlxalq səviyyəli konfransların, seminarların və digər tədbirlərin birgə keçirilməsi nəzərdə tutulub.

Teqlər: