ADU-nun Konfutsi İnstitutu “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında ” mövzusunda inşa müsabiqəsi elan edir

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının
dinləyicilərini “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev
haqqında” mövzusunda inşa müsabiqəsinə dəvət edir. Müsabiqə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunub.

Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi
inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən
dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mayın 1-dək [email protected]
elektron poçt ünvanına qəbul edilir. Müsabiqəsinin qalibləri üç
dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin bütün iştirakçılarına sertifikatlar veriləcək.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib
ki, elan olunmuş müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin
elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

Teqlər: