Azərbaycan Dillər Universitetində (ADU) “Open Science
Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə
dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında
Open Science platformasının təbliği” mövzusunda seminar
keçirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla
layihə rəhbərlərinə
təşəkkürünü bildirib, seminar iştirakçılarına gələcək elmi
fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd olunub ki, gənc alimlərin elmi-tədqiqat işlərinə töhfə
vermək üçün bu kimi seminarların keçirilməsi zəruridir:
“Bu gün Azərbaycan alimlərinin qarşısında yeni üfüqlər açılır.
Yeni çağırışlara, yeni elmi
tədqiqat işlərinə ehtiyac var. Bütün sahələrdə olduğu kimi elm
sahəsində də gənclərin rolu
böyükdür. Gənclər Azərbaycan elminin əsas aparıcı qüvvəsi hesab
olunur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev daim
gənclərə xüsusi diqqət və qayğı göstərir, istedadlı gənclərin
qiymətləndirilməsi, mükafatlandırılması istiqamətində lazımi
addımların atıldığının şahidi oluruq”.
Azərbaycan Respublikasının Təhsil Nazirinin müşaviri Elnur
Nəsibov bildirib ki, layihənin
əsas məqsədi gənc tədqiqatçılara “Open Science”, “Open Access”,
“Open Research Date”, “Open İnnovation”, “Open Research
Computation”, “ResearchGate”, “Scientific Social Network” haqqında
bilik və informasiyalar verməkdir. Eyni zamanda, “Open Access”
jurnallarına çıxış imkanları, “ORCID” indeksli jurnallarda çap
olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında
məlumatlandırmaq, “Open Science”in gənc alimlər arasında geniş
yayılmasına nail olmaqdır.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri, Təhsil Nazirliyi
yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün
yaradılan şəraitdən söz açıb. Bildirib ki, bu layihə də gənc
alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə,
onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
eksperti, fəlsəfə doktoru
Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data
(verilənlər) bazalar” mövzusunda geniş təqdimatla çıxış edib. O,
Azərbaycanda və Qafqazda elmi konfransların vahid
bazadatoplanılması üçün yaradılmış “AcademyGate” haqqında
danışıb.
Sonda seminarda iştirak edən doktorant və magistrantlara
sertifikatlar təqdim olunub.