ADU-da ECAR layihəsi çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) ERASMUS+ çərçivəsində
ECAR “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin
məlumatlandırma günü təşkil edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik
etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Rektor
layihənin əhəmiyyətini yüksək qiymətləndirib, ADU-nun layihədə
iştirakının gələcək perspektivləri haqqında danışıb.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR
çərçivəsində digər universitetlərdə keçirilən görüşlərdən bəhs
edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar,
universitetlərarası əməkdaşlığın vacibliyi haqqında məlumat
verib.

ERASMUS + ofisinin rəhbəri Pərviz Bağırov ADU-nun layihədəki
iştirakını müsbət dəyərləndirib, gələcək mümkün perspektivlərə
toxunub. Qeyd olunub ki, ali təhsil ocaqlarının bir-biri ilə
müxtəlif istiqamətlərdə mübadiləsi müasir dövrün vacib təhsil
tələblərindən biridir.

Layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində
görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası
planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil
müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində
aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

Daha sonra Bakı Biznes Universiteti və Azərbaycan Dillər
Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Görüşdə informasiya, əməkdaşlar, tələbə mübadiləsinin təşkil
edilməsi və gələcək əməkdaşlıq perpektivləri haqqında müzakirələr
aparılıb.

Teqlər: