ADPU TGT Xəmsə Milli İntellektual Oyunu üzrə “Qaydış” kuboku keçirib (FOTO)

Aprelin 2-də Sabunçu Gənclər Evində Azərbaycan Dövlət Pedaqoji
Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı,
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Sabunçu Gənclər
Evinin və Consensus İntellektual Mərkəzinin dəstəyi ilə Aprel
döyüşlərinin altıncı ildönümünə həsr olunmuş Xəmsə Milli
İntellektual Oyunu üzrə “Qaydış” kuboku təşkil olunub.

ADPU-dan Trend- verilən məlumata görə, rəsmi açılış mərasimində
çıxış edən BŞGİBİ-nin baş məsləhətçisi Samir Kazımov bu tip
oyunların tələbələrin şəxsi intellektual inkişafı üçün böyük
əhəmiyyət kəsb etdiyini qeyd edib.

ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Turan Kərimli ADPU-da vaxtilə formalaşan intellektual
hərəkatın xüsusilə bölgələrdə yerləşən filiallara da nüfuz
etməsinin mühüm bir məqam olduğunu bildirmiş və bu qəbildən olan
yarışların mütəmadi həyata keçirilməsinin zəruriliyini diqqətə
çatdırmışdır.

Çıxış edən ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə İttifaq
tərəfindən TGT-lərin bu kimi intellektual istiqamətdə olan bütün
fəaliyyətlərinin yüksək qiymətləndirildiyini vurğulamış və
ölkəmizdə davam etdirilən uğurlu dövlət gənclər siyasətindən bəhs
etmişdir.

Beşi ADPU-nun filiallarını, ikisi isə Pedaqoji Kolleci təmsil
edən ümumilikdə 15 komandanın iştirakı ilə baş tutan Xəmsə milli
intellektual oyunu üzrə “Qayıdış” kubokunun yekununda ADPU-nun Quba
filialını təmsil edən “Assassin’s Creed” komandası birinci, Bakını
təmsil edən “ProMath” komandası ikinci, ADPU-nun Şəki filialını
təmsil edən “Fearless” komandası isə üçüncü yeri tutmuşdur.

Eyni zamanda oyun ərzində ən çox suala düzgün cavab verərək
xüsusilə fərqlənən iki tələbə, Elxan Əskərov və Bikəxanım
Qulaməddinova da diplomla təltif olunmuşlar.

Teqlər: