ADPU TGT “The real Commander” adlı dəyirmi masa keçirib (FOTO)

Dekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında ADPU Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Xarici dillər klubu və Tarix və coğrafiya fakültəsinin TGT-nin birgə təşkilatçılığı ilə “The real Commander” adlı dəyirmi masa təşkil olunub.

Tədbiri giriş nitqi ilə açan ATGTİ-nin sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirov 2020-ci ildə “Dəmir Yumruq” əks həmlə əməliyyatının memarı olan Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən söz açmış və onun ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini uğurla davam etdirdiyini vurğulamışdır.

Daha sonra çıxış edən universitetin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova və kafedranın müəllimi dosent Zakir Kərimov Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin, uzaqgörən siyasətinin ardıcılı İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində ölkəmizin beynəlxalq arenada nüfuzunun kifayət qədər artdığını və 44 günlük Vətən müharibəsi zamanı qazanılan qələbədə cənab Prezidentin siyasi savadının, diplomatik bacarığının, natiqlik qabiliyyətinin müstəsna rolu olduğunu qeyd etmiş, ümumilikdə mövzu ilə əlaqədar geniş kontekstdə çıxış etmişlər.


Görüş tələbələr və müəllimlər arasında diskussiya ilə davam etmişdir.

Tədbir əsnasında Müzəffər Ali Baş Komandana həsr olunmuş videoçarx nümayiş olunub.

Teqlər: