ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub (FOTO)

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) “Şuşa ili” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının
aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı”
tamaşası nümayiş olunub.

Dahi Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində qələmə aldığı
“Anamın kitabı” pyesi əsasında səhnələşdirilən tamaşa iştirakçılar
tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı
dahi Cəlil Məmmədquluzadənin 1920-ci ildə qələmə aldığı pyesin bu
gün də yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi
əhəmiyyət daşıdığını qeyd edib. O, Şuşa Dövlət Musiqili Dram
Teatrının aktyorlarına əsəri məharətlə canlandırdıqlarına görə
təşəkkürünü bildirib.

Teqlər: