“Adidas” Rusiyadakı mağazalarının faəliyyəti və onlayn ticarətini dayandıracaq

Almaniyanın idman ayaqqabıları və geyimləri istehsalı konserni “Adidas” Rusiyada mağazaların və onlayn ticarətin faəliyyətini
növbəti bildirişə qədər dayandıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə “BR24” radio stansiyası şirkətin
açıqlamasına istinadən xəbər verib.


Məlumata əsasən, belə bir tədbirin qəbulu Ukraynadakı hərbi
əməliyyatla bağlıdır. Eyni zamanda, şirkətin işçilərinin əməkhaqqı
almağa davam etmələri qeyd olunub.