ABŞ məktəbdə atışma olub

Martın 8-də ABŞ-ın Ayova ştatının De-Moyn şəhərindəki məktəbdə
atışma baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib.

Məlumata əsasən, üç şagirdin vəziyyəti ağırdır. Hazırda məktəb
bağlanıb.


Yanğından mühafizəsinin nümayəndəsi Ahman Duqlas bildirib ki,
qurbanlar arasında iki oğlan və bir qız var. Hər üçü yerli
xəstəxanalara çatdırılıb. Polis potensial şübhəli şəxsləri artıq
saxlayıb.