Acun yeni futbol klubu alır – Video

Acun yeni futbol klubu alır – Video

İngiltərə çempionatında çıxış edən “Hall Siti”nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib.

AzerTimes xəbər verir ki, o, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb.

“Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandanı tapa bilmədik. İndi düşünürük ki, Sloveniya Liqası komanda olaraq bizim üçün ən uyğun yerdir. Dəyişiklik olmasa, yaxın vaxtlarda Sloveniyadan komanda ala bilərik”, – deyə Acun bildirib.

Teqlər: