Cəfər Həmidov mart ayından etibarən AccessBank-da İT İnkişafı
Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. O,
karyerasını AccessBank-da başlamış və uğur qazanmış əməkdaşlardan
biridir.
Cənab Həmidov Bankda fəaliyyətə 2010-cu ildə İT Departamentində
proqramçı olaraq başlayıb. 2013-2017-ci illərdə İnformasiya
Texnologiyaları üzrə baş mütəxəssis/proqramçı, 2017-2020-ci illərdə
isə İnformasiya Texnologiyaları Tədqiqatı və İnkişafı
Departamentində menecer kimi fəaliyyət göstərib. Bu təyinatadək İT
İnkişafı Departamentinin Əsas Bank Sistemi və Hesabatlıq Şöbəsinin
Rəhbəri vəzifəsində çalışıb.
Cəfər Həmidov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
İnzibati İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini alıb.
Azərbaycan, ingilis və rus dillərini bilir.