AccessBank-da departament rəhbəri təyin olunub

Bu gündən etibarən Elgin Cümşüdov AccessBank-da Pərakəndə
Bankçılıq Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.
O, bu təyinatadək Pərakəndə Bankçılıq Departamentinin rəhbərinin
müavini vəzifəsində çalışıb.

Cənab Cümşüdov 17 ildir ki, AccessBank-da işləyir. O, Bankın
sıralarına 2005-ci ildə qoşulub. Fəaliyyətini Kredit Bək Ofis
Departamentinin rəhbəri, daha sonra isə Qeyri-Kredit Məhsulları və
Bank Xidmətləri Müştəriləri üzrə direktor vəzifələrində davam
etdirib.

Elgin Cümşüdov bakalavr təhsilini Dövlət İdarəçilik
Akademiyasında, magistr təhsilini isə Dövlət İqtisad
Universitetində alıb.

Teqlər: