Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın
sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə
bağlı təlim proqramına başlayır. Bankın bu təşəbbüsü mikro, kiçik
və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində
olan xanımları dəstəkləmək məqsədi daşıyır.
Proqram haqqında: Proqram bir sıra nəzəri və praktiki
təlimlərdən ibarətdir və artıq biznes təcrübəsi olan, öz səhvləri
və uğurları tarixinə malik, əldə etdikləri ilə məhdudlaşmaq
istəməyənlər xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas
elementlərini əhatə edən proqram öz təcrübələrini bölüşməyə hazır
olan təlim iştirakçıları və təlimçilər arasında effektiv
kommunikasiya üçün platforma təqdim edir.
İştirakçılar bizim proqramdan nə əldə edəcəklər: Proqram
sahibkarlara yeni nəzəri biliklər əldə etməklə yanaşı, praktiki
olaraq əldə etdikləri bilikləri öz biznes fəaliyyətlərində tətbiq
etmək imkanı verəcək. Təlim proqramı nəticəsində iştirakçılar öz
bizneslərinə dair yaxın gələcəkdə və uzunmüddətli perspektivdə
inkişafı üçün fəaliyyət planını qura biləcəklər. Bundan əlavə,
proqramın iştirakçıları biznesin genişləndirilməsi və gələcək
inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
Həmçinin qadın sahibkarlar bank və onun tərəfdaşları tərəfindən
xüsusi hədiyyələr qazanacaqlar.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət
qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən
rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə
edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
Proqrama geniş təcrübəyə malik olan biznes sahibləri tərəfindən
master klasslar, eləcə də bank işçilərinin əlavə maliyyə
vəsaitlərinin cəlb olunması barədə tövsiyələri daxildir.
Tarixlər: Həftənin cümə və şənbə günləri baş tutacaq 6 həftəlik
təlim və praktiki məşğələlər proqramına mayın 13-də start
veriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Tələblər: Proqramda ən azı son 6 ay ərzində rəsmi biznes
fəaliyyəti olan, istər fərdi sahibkar, istərsə də öz mikro, kiçik
və orta biznesini idarə edən və onu genişləndirmək niyyətində olan
istənilən sahibkar xanımlar iştirak edə bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün
linkə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün son
tarix 1 may 2022-ci ildir.
Hər hansı bir sual yaranarsa, [email protected]
elektron ünvanına və ya +994(55)250-82-44 WhatsApp nömrəsinə
müraciət edə bilərsiniz.
Məqsədyönlülük uğurlu insanlara xas xüsusiyyətidir. AccessBank
komandası əmindir ki, bu proqramda iştirak etmək üçün müraciət
edəcək hər kəs qeyd olunan xüsusiyyətə malikdir.
Sahibkarlarımıza qarşılarına qoyduqları məqsədlərinə tezliklə
çatmaqlarını arzu edirik. Bizə qoşulun, sizi qarşıda altı maraqlı
həftə gözləyir.