Abşeronda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən
Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu şəhidlərin
ailələri Novruz bayramı günlərində ziyarət olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP Abşeron Rayon
Təşkilatının sədri ilə birgə rayon ərazisində yaşayan şəhid
ailələrinə baş çəkərək onların qayğıları və problemləri ilə
maraqlanıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad
olunmasına görə” medallarına layiq görülən şəhid mayor Həsənov
Elşad Paşa oğlunun, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına
görə” medallarına layiq görülən Musayev Vüsal Zakir oğlunun, “Vətən
uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif
olunan Ağakişiyev Nurlan Etibar oğlunun, “Vətən uğrunda”,
“Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına
görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun,
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad
olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına
layiq görülən Allahverdiyev Babək Bəxtiyar oğlunun əvvəllər
yaşadıqları evlərə gedilmiş, igidlərimizin göstərdiyi şücaətlərdən,
Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, regionda gedən
siyasi proseslərdən, respublikamızda olan sabitlikdən söz açılmış,
ölkəmizdə həyata keçirilən ordu quruculuğundan və Silahlı
Qüvvələrimizin qarşıya qoyulmuş vəzifələrə çatmaq gücündə olması
qeyd edilmişdir.

RİH başçısı Abdin Fərzəliyev və rayonun hüquq mühafizə orqanları
ilə birgə daha sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına
görə” medallarına layiq görülən şəhid kapitan Quliyev Hətəmxan Məti
oğlunun anadan olmasının 32-ci ili ilə əlaqədar Fəxri Xiyabandakı
məzarı ziyarət edilmiş, tər çiçəklər düzüərək xatirəsi ehtiramla
yad olunmuşdur.

Daha sonra şəhidin əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə
gedilərək ailəsinin qayğıları və problermləri ilə
maraqlanılmışdır.

Bundan başqa RİH başçısı Abdin Fərzəliyev “Vətən uğrunda”,
“Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına
görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid kapitan
Xəlilov Ruhin Müzəffər oğlunun qızı Melisa Xəlilovanın doğum günü
ilə əlaqədar onların evlərində olmuş, onu təbrik edərək ailənin
qayğıları ilə maraqlanmışdır.

Şəhid atası Müzəffər Xəlilovun müraciəti əsasında onların
yaşadığı məhəllədə yerləşən “Xeyir-şər Evi” təmir edilmiş və lazimi
avadanlıqla təmin edildiyi vurğulanmışdır.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima
diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər
bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirmişlər.

Teqlər: