Abşeronda qanunsuz tikili söküldü – Video

Abşeronda qanunsuz tikili söküldü – Video

Abşeronda qanunsuz tikilən obyekt sökülüb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Teqlər: