Abşeronda kafedə 31 yaşlı kişinin meyiti tapılıb.
AzerTimes xəbər verir ki, hadisə Xırdalanda yerləşən AAAF park yaşayış kompleksinin yaxınlığında yerləşən kafedə qeydə alınıb.
Belə ki, yaşayış kompleksinin işçiləri tərəfindən 1991-ci il təvəllüdlü Alim İsayevin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.