Abşeronda ikimərtəbəli evdə yanğın baş verib

Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli fərdi evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: