Abşeronda bədbəxt hadisə: körpə 3-cü mərtəbədən yıxıldı

Abşeronda bədbəxt hadisə: körpə 3-cü mərtəbədən yıxıldı

Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Narın Səbuhi qızı Fərəcli yaşadığı mənzilin eyvanından yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Teqlər: