Abşeronda ağır yol qəzası: ölən var

Abşeronda ağır yol qəzası: ölən var

Abşeron rayonu, Masazır qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, İlham Tofiq oğlu Pirverdiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən əks zolaqda hərəkətdə olan İbad Salam oğlu Cavadovun idarə etdiyi “Hunday Elantra” markalı avtomobillə toqquşub.

Nəticədə sürücü İbad Cavadov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: