Abşeronda 59 yaşlı kişi qətlə yetirilib

Aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi
ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluqdan Trend-ə verilmiş məlumata görə, aparılmış
araşdırmalarla qeyd edilən qəsəbə sakini 1993-cü il təvəllüdlü
Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış
mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdır.

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: