Abşeron Rayon İcra Hakimiyyətində rayonunun səhiyyə və
mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin
Fərzəliyev ölkədə səhiyyə və mədəniyyət sahəsində görülən işlərdən
və əldə olunan uğurlardan danışmışdır. RİH başçısı qeyd etmişdir
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi səhiyyə
və mədəniyyət istiqamətində də böyük inkişafa nail olunmuşdur.
Bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən layihələr nəticəsində Azərbaycan COVİD-19
pandemiyasını tamamilə nəzarət altına ala bilmiş və demək olar ki,
az itkilərlə bəşəri bəlanın öhtəsindən gəlməkdədir. Ölkəmizdə
həyata keçirilən vaksinasiya proseslərinin uğurla
reallaşdırıldığını söyləyən başçı vaksinlərin alınıb respublikamıza
gətirilməsinin cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun və
əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Respublika ərazisində, o cümlədən Abşeron rayonunda
da müasir standartlara cavab verən xəstəxana binalarının tikilib
istifadəyə verildiyini, xəstəxanaların maddi-texniki bazasının
gücləndirildiyini, dünyanın ən müasir tibb avadanlıqlarının
ölkəmizə gətirildiyini və kadr hazırlığı istiqamətində əhəmiyətli
tədbirlərin görüldüyünü xatırladan başçı Azərbaycan insanının
sağlamlığının qorunması və səhiyyəmizin daha da inkişaf etdirilməsi
istiqamətində islahatların həyata keçirildiyini bildirmişdir.
Abşeron rayonunda da səhiyyə və mədəniyyət sahəsində böyük
uğurların əldə olduğunu bildirən cənab Abdin Fərzəliyev qeyd
etmişdir ki, bütün bunlarla yanaşı müəyyən problemlər də mövcuddur.
Rayon ərazisində təcili tibbi xidmət göstərən tibbi briqadaların
sayının azlığını vurğulayan başçı bəzi tibb məntəqələrinin və
mədəniyyət ocaqlarının binasının müasir standartlara cavab
vermədiyini, Aşağı Güzdək və Ceyranbatan qəsəbələrinin Tibb
Məntəqələrinin binalarının qəzalı vəziyyat olduğunu, bəzi
respublika əhəmiyyətli binaların sənədləşdirilmə prosesinin
aparılmadığını qeyd etmiş, həmçinin Abşeron Rayon İcra
Hakimiyyətinin və aidiyyatı dövlət orqanları ilə perspektivdə birgə
görüləcək işlər barədə də məlumat verilmişdir.
Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin drektoru
Mehriban Qaralova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş
məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov və
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru vəzifəsini
icra edən Müslimə Cəfərova çıxış edərək Abşeron rayonunda səhiyyə
və mədəniyyət sahəsində əldə olunan uğurlardan, eləcə də mövcud
problemlərdən, görülməsi vacib olan məsələlərdən söz açmışlar.
Sonda Abdin Fərzəliyev səhiyyə və mədəniyyət işçilərinə bu
şərəfli peşələrində uğurlar arzulamışdır.
***
Abşeron rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) yaradılmasından 10 illiyi qeyd olunmuşdur.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan
tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin
Fərzəliyev, SHXÇDX-nın Abşeron rayon şöbəsinin rəisi, polkovnik
Cəfər Rəcəbov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və
ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə əvvəlcə,
Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq
xatirəsi ehtiramla yad edilmişdir.
Mərkəzin akt zalında Azərbaycan himni səsləndirilmiş, Ulu Öndər
Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş
etdirildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradıldığını və
ötən 10 il müddətində böyük naliyyətlərin əldə olunduğunu
bildirmişdir. Azərbaycanda ordu quruculuğunun ən yüksək templə
həyata keçirildiyini və Silahlı Qüvvələrimizin inkişaf etdirilərək
özünün zirvə nöqtəsinə yüksəldiyini önə çəkən başçı qeyd etmişdir
ki, biz bunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbə ilə
bir daha şahidi olmuşuq. Vətən müharibəsi zamanı çağrışçıların heç
birinin evdən aparılmadığını, gənclərimizin könüllü olaraq cəbhəyə
yollandığını və döyüşlərdə bir dənə də olsun fərarilik halın baş
vermədiyini vurğulayan RİH başçısı bütün bunların cəmiyyətimizin
“Dəmir yumruq” ətrafında birləşməsindən, xalqın cənab Prezident
İlham Əliyevə olan sarsılmaz inamından və etibarından irəli
gəldiyini söyləmişdir. Bu əlamətdar gün münasibətilə Xidmət
işçilərini təbrik edən başçı fəaliyyətində fərqlənən SHXÇDX-nın
Abşeron rayon şöbəsinin əməkdaşlarına Fəxri Fərmanlar təqdim
etmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, ərazi
partiya təşkilatlarının sədrlərinin və rayon ictimaiyyətinin
iştirakı ilə keçirilən yığıncaqda Yeni Azərbaycan Partiyasının
(YAP) Abşeron rayon təşkilatının yeni seçilmiş sədri Abbas Əliyev
yerli təşkilatın partiya aktivinə təqdim olunub. Əvvəlcə partiyanın
qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri
düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan himni səsləndirilmiş, Ümummilli lider Heydər
Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə yüksəlmiş
qəhrəman oğllarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev
çıxış edərək Azərbaycanda həyata keçirilən partiya quruculuğundan,
ölkənin ictimai-siyasi həyatında əldə olunan inkişafdan danışmış,
respublikada qazanılan bütün uğurlarda Yeni Azərbaycan Partiyasının
və onun sədri cənab Prezident İlham Əliyevin adi ilə bağlı olduğunu
tədbir iştirakçılarının diqqətinə çartdırmışdır. Yeni Azərbaycan
Partiyasının dünənin, bu günün və sabahın siyasi təşkilatı olduğunu
və bundan sonra da Azərbaycanın gələcəyi, ölkəmizin çiçəklənməsi
istiqamətində fəaliyyət göstərəcəyini qeyd edən Abdin Fərəzəliyev
xalqımızın ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi
kursu dəstəklədiyini qeyd etmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının
yeni seçilmiş sədri Abbas Əliyev də çıxış edərək göstərilən etimada
görə partiya rəhbərliyinə təşəkkür etmişdir. Ulu öndər Heydər
Əliyevin qurucusu olduğu partiyada təmsil olunmağın böyük şərəf və
məsuliyyət olduğunu vurğulayaraq bildirmişdir ki, partiya
rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlarıq və tövsiyələrin yerinə
yetirilməsi rayon təşkilatlarının bundan sonra da başlıca vəzifəsi
olacaqdır.