Abşeron rayonunda iftar süfrələri açılıb – Foto

Abşeron rayonunda iftar süfrələri açılıb – Foto

Abşeron Rayon İcra Hakimiyyəti və RİH yanında İştimai Şura tərəfindən şəhidlərimizin ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

AzerTimes xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanması ilə bütün şəhidlərimizin qisası alınıb. İşğaldan azad olunan yurdumuzda kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin surətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın artıq geri döndüklərini vurğulayan RİH başçısı qeyd edib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir.

Daha sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İştimai Şuranın sədri Xatirə İsmayılova və ilahiyyatçı Rasim Xadaverdiyev çıxış edərək ordumuzun gücündən, Silahlı Qüvvələrimizin hər bir təxribatın qarşısını almağa qadir olmasından, o cümlədən dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə çatmasından söz açıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində Ramazan ayı ərzində şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün iftar süfrələri açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Teqlər: