Xəbər - Ceyhun Ələkbərov- Trend:
Abşeron rayonu ərazisində göllərin çirklənməsinə səbəb onların ətrafındakı yaşayış yerlərinin kanalizasiya sisteminin olmamasıdır.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, həmin evlər və obyektlərdən çıxan çirkli sular göllərə axıdılır: “Çirklənmiş göllərin ətrafında olan yaşayış massivlərinin 96 faizinin kanalizasiya sistemi yoxdur. Bu səbəbdən çirkli sular göllərə axıdılır”.
M.Qənbərov qeyd edib ki, bir zamanlar Böyükşor gölü ətrafında da bu cür hallar baş verirdi: “Bu gölün qalan 700 hektarlıq ərazisi və ətrafda 350 hektar ərazinin bərpası nəzərdə tutulub. Gölün sağlamlaşdırılması üçün investisiya mənbələri müəyyənləşdirildikdən sonra onun bərpası davam etdiriləcək”.