ABŞ zirehi dəlib keçə bilən silahını mülki satışa çıxardı

ABŞ zirehi dəlib keçə bilən silahını mülki satışa çıxardı

ABŞ-ın “SIG Sauer” silah şirkəti zirehli gödəkçələri dələ bilən “MCX-SPEAR” hücum tüfəngini mülki şəxslər üçün satışa çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

“O, hazırda hüquq-mühafizə orqanları tərəfindən geyilən demək olar ki, bütün gülləkeçirməz jiletlərə nüfuz edəcək”, – amerikalı silah eksperti Rayan Busse bildirib.

Məlumata görə, silah AR-15 avtomatından iki dəfə çox kinetik enerji ilə güllə atır, daha uzun məsafədə hədəfi məhv etmək qabiliyyətinə malikdir.

“MCX-SPEAR” ABŞ ordusunun istifadə etdiyi “NGSW-R” (Next Generation Squad Weapon-Rifle) silahının mülki analoqudur.

Teqlər: