ABŞ yeni LRAM raketlərinin sınaqlarına başladı

ABŞ yeni LRAM raketlərinin sınaqlarına başladı

ABŞ-da yeni LRAM uzaqmənzilli raketinin uçuş sınaqlarına başlanılıb.

AzerTimes xəbər verir ki bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, yeni raket ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan naməlum model əsasında hazırlanıb:

“Bu raket 280 km məsafədə quruda və suda hərəkət edən hədəfləri vurmağa imkan verəcək. Bu, “Viper” helikopterlərinin mövcud hava-yer raketləri ilə əldə edə biləcəyindən daha çoxdur. Hazırda “AH-1Z Viper” helikopterləri təqribən 11 km mənzilli “AGM-114 Hellfire” hava-yer raketləri və 8 km-ə qədər mənzilli “AGM-179” hava-yer raketləri ilə təchiz edilib. Raketin ilk döyüş buraxılışı 2025-ci ilə planlaşdırılır”, – məlumatda qeyd olunub.

Teqlər: