ABŞ Yaxın Şərqd münaqişəsinin iştirakçıları ilə danışıqlarına davam edəcək – Co Bayden

ABŞ hakimiyyəti İsrail, Fələstin və bölgədəki tərəfdaşları ilə Yaxın Şərq münaqişəsini həll etmək üçün danışıqlara davam edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Ramazan bayramı münasibətilə Ağ Ev tərəfindən yayımlanan video çıxışında deyib.


Dövlət başçısı qeyd edib: “Administrasiyam sabit sakitlik dövrü əldə etmək üçün fələstinlilər, israillilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam etmək niyyətindədir”.