ABŞ-da körpünün çökməsindən sonra yük qatarı relsdən çıxdı

ABŞ-ın Ayova ştatının Sibli şəhəri yaxınlığında yanacaq materialları daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

AzerTimes-ın məlumatına görə, bu barədə KTIV televiziya kanalı bildirib.

Məlumata əsasən, qəzadan sonra yanğın başlayıb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası, habelə təhlükəli kimyəvi maddələrlə işləyən mütəxəssislər gəlib. 8 km radiusda evakuasiya elan edilib.

Mümkün yaralılarla bağlı məlumat hələ verilməyib.