ABŞ yadplanetlilərin uçan obyektini vurub? – Açıqlama

ABŞ yadplanetlilərin uçan obyektini vurub? – Açıqlama

ABŞ administrasiyası son günlər Şimali Amerikada vurulan üç naməlum uçan obyektlə bağlı hər hansı yadplanetli fəaliyyətin əlamətlərini müşahidə etmir.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.

“Bunu Ağ Evdən eşitdiyinizə əmin olmaq istəyirəm. Bununla bağlı suallar və narahatlıqlar var idi, amma yox, bunu təkrarlamaq istəyirəm. Yenə deyirəm, heç bir yadplanetli və ya Yerdən kənar fəaliyyət əlamətləri yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, 2 gün öncə Kanada səmasında daha bir uçan naməlum obyekt vurulmuşdu. İddialara görə, sözügedən aparat Rusiya, yaxud Çinə məxsus aerostatdır.

Teqlər: