ABŞ Xameneinin planına zərbə endirdi – Kazimian

ABŞ Xameneinin planına zərbə endirdi – Kazimian

Xamenei sadəcə husiləri himayə etmir, hətta husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücum strategiyasını təqib edir. Bu cəhətdən məsələyə yanaşdıqda aydın olur ki, ABŞ və Britaniyanın Yəməndə husilərə hücumu ilk növbədə İrana mühüm bir mesajdır, nəinki Yəmənə.

AzerTimes xəbər verir ki, bu sözləri iranlı ekspert Mürtəza Kazimian ABŞ və Britaniyanın Yəməndə Husi mövqelərinə hücumunu şərh edərkən söyləyib.

Britaniyanın “Teleqraf” nəşrinə istinad edən ekspert bildirib ki, bütün bu illər ərzində Husi rəhbərləri İrana gəlib, Rəşd şəhəri başda olmaqla, İranın şimal şəhərlərində gizli təlim və təhsillə məşğul olub:

“ABŞ zahirən hüquqi-siyasi ritorikada danışsa da, bu mesaj SEPAH-ın regionda fəaliyyətinə, Xameneinin xəyalpərəst planına reaksiya idi. Bu mesaj mövcud böhranlı vəziyyəti dayandırmaq məqsədi daşıyır”.

O, İran Xarici İşlər Nazirliyi ilə yanaşı SEPAH-ın yüksək rütbəli komandiri Möhsün Rizayinin reaksiyasına diqqət çəkib:

“SEPAH məsuliyyətsizcə Amerikanı təhdid edir. Bu təhdidlərin İran və region üçün qorxulu nəticələrini nəzərə almır. Həqiqət budur ki, İran ehtiyatlı davranmağa çalışsa da, iddialarından əl çəkməyəcək və regiondakı fəaliyyətlərini dayandırmayacaq”.

Teqlər: