ABŞ vurulan bazasını gücləndirir

ABŞ vurulan bazasını gücləndirir

ABŞ İordaniyanın şimal-şərqindəki Ət-Tanf bazasına əlavə hava hücumundan müdafiə vasitələri göndərib.

AzerTimes xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

“Göndərilən hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrin qarşısını almaq üçün nəzərdə tutulub”, – məlumtada deyilir.

Bildirilib ki, hücum zamanı PUA-ların vurduğu hava hücumundan müdafiə qüvvələri ABŞ-ın İraq və Suriyadakı bazalarında olduğu qədər güclü deyildi, çünki bu ərazi əvvəllər hücuma məruz qalmamışdı.

Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirmişdi.

Teqlər: