ABŞ vitse-prezidentinin təyyarəsi xarab oldu – Video

ABŞ vitse-prezidentinin təyyarəsi xarab oldu – Video

Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boinq C-17 Qlobemaster” hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyinin jurnalisti Cennifer Ceykobs Tvitter hesabında yazıb.

O qeyd edib ki, vitse-prezidentin mavi-ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq.

K.Harris qrafik üzrə indiki saatlarda hərbi təyyarə ilə ABŞ-a yola düşmüş olmalıdır.

Teqlər: