ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib.
AzerTimes Report-a istinadən xəbər verir ki, vitse-prezident “biz əhali sayını azaldacağımız təqdirdə övladlarımız daha çox təmiz hava alacaqlar” deyə, siyasətçi iqlim dəyişikliyinə həsr olunan konfransda bildirib.
Düzdür, sonradan sözlərinə aydınlıq gətirməli olub. Bildirib ki, “azaltmaq” əvəzinə “çirkləndirilməsi ” (pollution) demək istəyib. Düzəldilən variant artıq Ağ Evin saytında yerləşdirilib.