Yaşı 12-dən yuxarı olan 155,76 milyon ABŞ vətəndaşı (ölkə vətəndaşlarının 54,9 faizi) koronavirusa qarşı tam peyvənd olunub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərin saytında deyilir.
Məlumatda bildirilir: “Yaşı 12-dən çox olan vətəndaşlardan 181,12 milyon nəfəri (63,9 faiz), yaşı 18-dən yuxarı olan 172,29 nəfər (66,7) vaksinin birinci dozasını qəbul edib. İkinci yaş qruöu üzrə 149,11 milyon nəfər (57,7) tam peyvənd olunub”.
Qeyd edək ki, pandemiyanın əvvəlindən ABŞ-da koronavirusa 33,67 milyondan artıq yoluxma halı, 64,7 mindən artıq isə ölüm halı qeydə alınıb.