ABŞ və Ukrayna müdafiə nazirləri görüşdü

ABŞ və Ukrayna müdafiə nazirləri görüşdü

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Tvitterdə yazıb.

O bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub.

Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.

Qeyd edək ki, hazırda Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.

Teqlər: