ABŞ prezidenti Co Bayden ilə Ukrayna lideri Vladimir Zelenski
arasında bazar günü telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat
yayıb.
Danışıq təxminən 50 dəqiqə davam edib, onun təfərrüatları
barəsində hələlik məlumat verilmir. Bu, Zelenski ilə Bayden
arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidentinin mətbuat katibi
Sergey Nikiforov Bayden və Zelenski arasında danışıqların yaxın
saatlarda baş tutacağını bildirmişdir. Onun sözlərinə görə, iki
ölkə liderləri söhbət zamanı “təhlükəsizliklə bağlı vəziyyəti və
gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri”
müzakirə eəcəkdilər.