ABŞ və Tayvan rəsmiləri gizli görüşəcək

ABŞ və Tayvan rəsmiləri gizli görüşəcək

Gələn həftə ABŞ və Tayvan rəsmiləri gizli danışıqlar aparacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Çinin mənfi reaksiyasına səbəb olmamaq üçün görüş qapalı, xüsusi diplomatik dialoq çərçivəsində baş tutacaq.

Nəşrin məlumatına görə, Tayvandan olan nümayəndə heyəti ABŞ-da milli təhlükəsizlik müşavirinin müavini Con Finerlə görüşəcək.

Həmçinin, danışıqlarda ABŞ dövlət katibinin birinci müavini Vendi Şermanın da iştirak etməsi də mümkündür.

Danışıqlarda Tayvanı xarici işlər naziri Cozef Vu və milli təhlükəsizlik müşaviri Vellinqton Kunun təmsil edəcəyi gözlənilir.

Teqlər: