ABŞ və Kanadada “Facebook” sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
AzerTimes-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Məlumata əsasən, istifadəçilərin 52 faizi saytın işindən şikayət edir. Digər şikayətlərin 31 faizi sosial xəbər lentinin yenilənməməsi, 17 faizi isə xidmətin işindəki problemlərlə əlaqədardır.