ABŞ və Çin ticari əlaqələrə dair məsləhətləşmələri davam etdirəcəklər

ABŞ Ticarət Nümayəndəsi Ketrin Tay və Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Lü Xe videokonfrans formatında keçirilən danışıqlar zamanı ikitərəfli ticari əlaqələri ilə bağlı məsələlər üzrə əlavə məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər.

AzerTimes-ın “TASS” istinadən verdiyi məlumata görə, bu barədə Tay administrasiyasının mətbuat xidmətinin görüşdən sonra yaydığı açıqlamada deyilir.


Səənəddə deyilir: “Açıq fikir mübadiləsi aparan Tay və Baş nazirin müavini Liu [He], ikitərəfli ticari əlaqələrinin əhəmiyyətini və bunların yalnız ABŞ və Çinə deyil, həm də qlobal iqtisadiyyata təsirini təsdiqləyiblər. İki ölkə nümayəndələri iqtisadi və ticari razılaşmasının həyata keçirilməsi və hər iki tərəfin bəzi həll edilməmiş məsələlər üzrə məsləhətləşmələr keçirəcəyi barədə razılaşma əldə ediblər”.

Teqlər: