Noyabrın 15-də ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Tsinpin virtual danışıqlar aparacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki bildirib.
Onların “ABŞ-ÇXR rəqabəti şəraitində necə məsuliyyətli davranmalı” mövzusunu müzakirə edəcəyi ehtimal edilir.
Həmçinin onlar iki ölkənin maraqlarının üst-üstə düşdüyü hallarda necə birgə işləmək barədə danışacaqlar.