ABŞ məhkəməsi Britni Spirs üzərində qəyyumluğu rəsmən dayandırıb

ABŞ-ın Los-Anceles məhkəməsi amerikalı müğənni Britni Spirsi qəyyumluqdan azad edib.

AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

Məhkəmə B.Spirsin müvəqqəti qəyyumunun onun maliyyəsi üzərində nəzarətinə son qoyub və müğənninin sərvətinin onun şəxsi fonduna köçürülməsinə qərar verib.

Məhkəmə qərarı etirazsız qarşılanıb.

Telekanaldan bildirilib ki, məhkəmə binası qarşısında gözləyən müğənninin yüzlərlə pərəstişkarı qərarı sevincli qışqırıqlarla qarşılayıb. B.Spirs özü iclasda iştirak etməyib.