ABŞ və Britaniya terrorla mübarizədə əməkdaşlığı gücləndirir

ABŞ dövlət katibi Entoni Blinken və İngiltərənin xarici işlər naziri Dominik Raab keçirilən telefon danışığı zamanı terrorla mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət departamenti məlumat yayıb.

“Terrorla mübarizədə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi barədə razılıq əldə olunub”,-məlumatda deyilir.


Tərəflər, həmçinin Əfqanıstanın gələcəyində beynəlxalq iştirak məsələlərini müzakirə ediblər.